Bu şəxslər həm maaşını, həm də pensiyasını itirəcək -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər həm maaşını, həm də pensiyasını itirəcək - XƏBƏRDARLIQ

Sosial

07 Oktyabr 2026 11:58 623


Əmək müqaviləsi olmadan işləmək bir sıra sosial və əmək hüquqlarının itirilməsi ilə nəticələnə bilər.

Bu barədə "Yeni Sabah"a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, əmək müqaviləsi əmək hüquqlarının əsas təminatlarından biridir. pizza hut

Əmək müqaviləsi olmadan çalışan şəxslər iş yerində bədbəxt hadisə baş verdikdə sığorta ödənişi və müavinət almaq imkanından məhrum ola bilərlər.

Bundan başqa, belə şəxslər işsizlikdən sığorta ödənişi və icbari tibbi sığorta imkanlarından yararlana bilməzlər.

Əmək müqaviləsi olmadan işləyənlər iş vaxtından artıq çalışdıqları halda əlavə əməkhaqqı tələb etmək, eləcə də əmək məzuniyyətlərindən istifadə etmək hüququnda problemlərlə üzləşə bilərlər.

Həmçinin əmək münasibətlərinin rəsmiləşdirilməməsi gələcək pensiya təminatında çətinliklər yarada bilər.

Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşları əmək münasibətlərini rəsmiləşdirməyə və əmək hüquqlarını qorumağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!