DİQQƏT! Bakıda sabah leysan olacaq   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bakıda sabah leysan olacaq - XƏBƏRDARLIQ

Sosial

08 Oktyabr 2026 18:19 276


Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüz saatlarında 10-u axşamadək arabir yağış yağacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var. pizza hut

Azərbaycanın rayonlarında da oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 10-u gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-in bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!