Əvvəl aclıq öldürürdü, indi isə… – Ekspertdən DİQQƏTÇƏKƏN AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Əvvəl aclıq öldürürdü, indi isə… – Ekspertdən DİQQƏTÇƏKƏN AÇIQLAMA

Sosial

08 Oktyabr 2026 16:25 188


Bir sıra mütəxəssislər, o cümlədən Harari hesab edir ki, orta əsrlərlə müqayisədə insanların ölüm səbəbləri çoxdan dəyişib. Yoluxucu xəstəliklər, epidemiyalar və aclıq keçmişdə əsas ölüm səbəblərindən idi.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib.

Onun sözlərinə görə, müasir dövrdə isə ürək-damar xəstəlikləri, xərçəng, diabet və piylənmə ilə əlaqəli problemlər daha böyük rol oynayır: pizza hut

“Göründüyü kimi, aclıq artıq əsas ölüm faktoru olmaqdan çıxıb. İnsanların qeyri-sağlam həyat tərzi və müvafiq olmayan qidalardan qaynaqlanan xəstəliklər və çətinliklərlə üzləşdiyini görürük.

Marketinq bu fərqindəliyi monetizasiya etməyə çalışır. İnsanların aktiv həyat tərzi keçirməsi və düzgün qidalanma kimi ehtiyaclarının qarşılanması üçün müvafiq məhsul və xidmətlər təklif olunur. Sağlam yaşamaq ucuz deyil. Azərbaycanda bu, o qədər də geniş vüsət almayıb.

Ancaq bir sıra cəmiyyətlərdə orqanik, yəni dərman və əlavə vasitələr tətbiq edilmədən becərilən meyvə və tərəvəzlər üzrə ixtisaslaşmış marketlər şəbəkəsi var.

Müasir insan daha sağlam olması üçün daha çox hərəkət etməli və sağlam məhsullarla qidalanmalıdır. Bu isə istehlak yükü deyil, sadəcə zərurətdir. Həm də gələcəkdə yaranacaq səhiyyə xərclərinə qənaətdir”.

S. Aslanov qeyd edib ki, Azərbaycan üzrə 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin 38,36 milyard manatından 20,84 milyardı ərzaq, içki və tütün məhsullarının payına düşür:

“Geridə qalan rəqəmlərin təyinatı ilə bağlı məlumat əldə etmək çətindir. Ancaq müşahidələrimizə əsasən deyə bilərik ki, azərbaycanlılar fitnes, vitamin və sağlam qida ilə bağlı xərclərdə o qədər də səxavətli deyillər.

Qiymət məsələsinə gəlincə, burada qavrayış məntiqi çox önəmlidir. Dietik və diabetik şöbələrdə satılan məhsulların müəyyən ümumi xarakteristikası var. Burada əsas məsələ pestisid qalığıdır.

Başqa sözlə desək, qida alışı zamanı istehlakçının bilikli davranması və maraqlı olmayan tərəfin, xüsusilə dietoloqların tövsiyəsi ilə hərəkət etməsi vacibdir.

Mütəxəssis rəyinə əsaslanmayan və lazımi motivasiyası olmayan istənilən davranış ölü investisiyadır. İstehlakçılar fərdiləşdirilmiş (skalyar) xidmətlərin təqdim edildiyi proqramlardan istifadə etməklə bu riski azalda və daimi vərdişi qoruyub saxlaya bilərlər.

Eyni qaydada müntəzəm həkim müayinəsi və sertifikatlı qida məsləhətçisinin tövsiyəsi ilə vitamin və qida əlavələri qəbul etməklə sağlamlıqlarına kompleks yanaşa bilərlər”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!