Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib

Sosial

08 Oktyabr 2026 16:22 49


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşlığı çərçivəsində doğma yurda qayıdan Ağdərə rayonunun Həsənriz kənd sakinləri arasında mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyaları keçirilib.

“Qapı-qapı” formatında təşkil olunan sessiyalar çərçivəsində 128 maarifləndirmə sessiyası keçirilib, 124 qadın və 256 kişi olmaqla, ümumilikdə 380 nəfər mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumatlandırılıb.

Maarifləndirmə tədbirlərinin əsas məqsədi doğma yurda qayıdan sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış qaydalarının təşviqi və mümkün risklərin minimuma endirilməsindən ibarət olub. Dominos pizza

Sessiyalar zamanı könüllülər sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mahiyyəti, habelə təhlükəli hallarla qarşılaşdıqda riayət edilməli davranış qaydaları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə məlumat təqdim olunub, mövzu üzrə hazırlanmış maarifləndirici broşürlər sakinlərə paylanılıb və onların sualları cavablandırılıb.

Tədbirlərin həyata keçirilməsi zamanı aidiyyəti yerli qurumlarla zəruri koordinasiya təmin olunub, könüllülərin fəaliyyətinin səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.

Sessiyalarda iştirak edən sakinlər bu cür maarifləndirici tədbirlərin doğma yurda qayıdan əhali arasında mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və mümkün risklərin qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!