Çərpələnglər də dron sayılacaq – İsraildən Qəzzaya   SƏRT XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Çərpələnglər də dron sayılacaq – İsraildən Qəzzaya SƏRT XƏBƏRDARLIQ

Dünya

25 Avqust 2026 21:28 61


İsrail Qəzza sərhədindən uçurulan çərpələng və şarlara görə yeni tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz çərpələnglərin üzərində partlayıcı maddə olub-olmamasından asılı olmayaraq, pilotsuz uçuş aparatı kimi qiymətləndiriləcəyini bildirib.

Nazir “sıfır tolerantlıq” siyasəti tətbiq ediləcəyini və buna qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb. Marqarita pizza

İsrail mediası Qəzza sərhədinə yaxın Nahal Oz yaşayış məntəqəsində bir neçə çərpələngin aşkarlandığını yazıb. İsrail ordusu onların təhlükə yaratmadığını və üzərində şübhəli material olmadığını bildirsə də, hərbçilər onların HƏMAS tərəfindən İsrailin reaksiyasını yoxlamaq məqsədilə göndərilə biləcəyini iddia ediblər.

HƏMAS bütün ittihamları rədd edib.

Qeyd edək ki, müharibədən əvvəl Qəzzadan İsrail ərazisinə yandırıcı maddələr daşıyan çərpələng və şarlar göndərilmiş, nəticədə bir sıra yanğınlar baş vermişdi.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!