Bu gün Novruzun son çərşənbəsi - İlaxır çərşnbədir. Milli bayramımız olan Novruz bayramı öz adət-ənənləri ilə hər zaman seçilir. Ancaq orta və yaşlı nəslin fikirlərinə görə köhnə bayramlarla indiki bayramlar fərqlənir. Onlar düşünür ki, artıq köhnə bayramdan əsər-əlamət qalmayıb, adət-ənənələrimiz unudulur.
Yenisabah.az-a açıqlamasında Xalq artisti Ceyran Haşımova insanlar arasında sevginin azalından şikayətlənib:
“Keçmişdə bayramın ayrı ləzzəti var idi. İstər varlı, istər kasıb, istər ortabab - insanların hamısı imkanı çatan qədər hazırlıq görürdü. Bayram axşamı hər kəsin plov, şəkəbura, paxlava bişirməsinə baxmayaraq, qonşular bir-birlərinə pay verirdi. Bununla da səmimiyyət, ünsiyyət yaranırdı, ruzi-bərəkət olurdu. İndi isə hər kəs öz qapısını bağlayıb evində oturur. Çünki insanlar arasında sevgi-məhəbbət azalıb. Bunun səbəbi ya mühitdir, ya da indiki yaşayış tərzi. pizza hut
Əvvəllər Çərşənbə axşamları tonqal yandırıb ətrafına toplaşardılar. Yaşlı da, cavan da tonqal başına gələrdi. Hər kəs öz arzu-diləyini Allahdan istəyərdi.
Mən hazırda bina evində yaşayıram və həyətdə belə bir şey görməmişəm. İnsanlar arasında soyuqluq artıb, elə ona görə ruzi-bərəkət azalır”.
Pünhan HƏSƏNOVA
Telegram kanalımız