CHP çalxalanır -   Kamal Kılıçdaroğlunun planı nədir?

saytların hazırlanması

Evə çatdırılma

CHP çalxalanır - Kamal Kılıçdaroğlunun planı nədir?

Dünya

23 May 2026 11:06 183


“Hazırda Cümhuriyyət Xalq Partiyasının (CHP) daxilində çox ciddi problemlər var”.

Bunu “Yeni Sabah”a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor, tanınmış politoloq Toğrul İsmayıl deyib.

O bildirib ki, qardaş ölkənin əsas müxalifət partiyası ciddi qalmaqallarla üz-üzədir: Pepperoni pizza

“Artıq uzun müddətdir, CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələri ilə bağlı məhkəmə prosesi gedirdi. Həmin qurultayın nəticələrindən məmnun olmayan bəzi CHP deputatları və partiya nümayəndələri rəhbərliyi məhkəməyə vermişdi. Şikayətçi üzvlərin iddialarına görə, 2023-cü ildə baş tutan qurultayda qanunsuzluq olub. Məhkəmə uzun müddət davam etdi və nəticədə qurultayın nəticələri tamamilə ləğv edildi. Hazırda CHP-nin daxilində çox ciddi problemlər var. Türkiyə və Azərbaycanda çox vaxt bunu Rəcəb Tayyib Ərdoğanın daxili siyasəti ilə əlaqələndirirlər. Düzdü, burada müəyyən həqiqət payı var. Amma CHP-li bələdiyyə sədrlərinin etdikəri qanunsuzluqlar, xüsusən də korrupsiya ilə məşğul olmaları da həqiqətdir. Bütün bunlar məhkəmələr tərəfindən sübut edilib”.

Politoloq partiya daxilində bölünmənin ola biləcəyini də istisna etməyib:

“Reallıq ondan ibarətdir ki, CHP daxilində faktiki bölünmə var. Türkiyədə siyasi təqvimində yaxın dövrdə hər hansı seçki yoxdur. CHP elə bir partiyadır ki, bəzi dövrlər parlamentdə tək partiya olub, bəzən isə ümumiyyətlə kənarda qalıb. İctimaiyyətdə Kamal Kılıçdaroğluna tənqidlər xeyli çoxdur. Onun son prezident seçkilərində qələbə qazana bilməməsi ciddi tənqidlərə səbəb oldu. Bundan sonrakı siyasi prosesləri isə zaman göstərəcək”.

Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Bununla bağlı Ankara Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu sədr postuna bərpa edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!