Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

saytların hazırlanması

Evə çatdırılma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

Sosial

22 Oktyabr 2026 15:28 81


2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər.

Bəs çoxuşaqlı ailələrin sayının azalması fonunda bu anlayışın əhatə dairəsinin genişləndirilməsi, yəni meyarın iki və ya üç uşağa endirilməsi mümkündürmü?

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən çoxuşaqlı ailələrlə bağlı meyarların yenidən nəzərdən keçirilməsi və pensiya yaşının uşaqların sayına uyğun müəyyənləşdirilməsi məsələsi müzakirə olunur deyib. pizza hut

Onun sözlərinə görə, təkliflərdən biri çoxuşaqlı ailə anlayışına yenidən baxılması, müvafiq meyarın mərhələli şəkildə üç uşağa endirilməsi və beş, altı və daha çox uşağı olan ailələrdə valideynlərin uşaqların sayına uyğun olaraq daha erkən pensiyaya çıxmasının təmin edilməsidir.

"Bununla bağlı təkliflər aidiyyəti dövlət qurumuna təqdim olunub və məsələ komitədə də səsləndirilib. Maliyyə qiymətləndirməsi və müvafiq mexanizmlər öyrənildikdən sonra bu istiqamətdə qərarların verilməsi mümkün ola bilər", - deyə deputat qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!