"Mançester Yunayted"in "Komo"ya 4:1 hesabı ilə məğlub olmasından sonra komanda daxilində vəziyyət gərginləşib.
“Yeni Sabah” xəbər verir ki, baş məşqçi Mikel Karriklə komandanın kapitanı Bruno Fernandes arasında açıq münaqişəyə olub.
Fernandes komandanın seçdiyi taktikadan narazılığını gizlətməyib. Mikel Karrik isə günahı taktiki qərarlarda deyil, futbolçuların meydandakı fiziki mübarizəsində görüb. Marqarita pizza
Ötən ilin may ayında klubla iki illik müqavilə imzalayan Mikel Karrikin gələcəyi bu uğursuzluqdan sonra sual altına düşüb. Komandanın son 7 matçda qələbə qazana bilməməsi rəhbərliyin və azarkeşlərin səbrini tükəndirib.
Karrik İtaliyaya gələn azarkeşlərin yanına gedərək birbaşa üzr istəyib və bu gecəki oyunun tamamilə qəbulolunmaz olduğunu bəyan edib. Premyer Liqada növbəti tur çərçivəsində keçiriləcək "Bornmut" matçı Karrikin komandadakı taleyini həll edə bilər.
Nazim Hacıyev
Telegram kanalımız