İnsan beyninin yaddaş potensialı petabayt səviyyəsində ola bilər. Bu isə təxminən 1 milyon gigabayt informasiya deməkdir.
“Yeni Sabah” xəbər verir ki, bu ehtimal sinir hüceyrələri arasındakı əlaqələrin informasiya saxlamaq qabiliyyətini araşdıran elmi tədqiqatın nəticələrinə əsaslanır.
Salk İnstitutunun 2016-cı ildə apardığı araşdırmada beyindəki sinaptik əlaqələrin məlumat saxlama potensialı öyrənilib. Tədqiqatdan əldə edilən nəticələr insan beyninin böyük həcmdə informasiya saxlaya biləcəyini göstərir. Dominos pizza
Qeyd edək ki, 1 petabayt təxminən 1 milyon gigabayta bərabərdir. Bununla belə, bu rəqəm insan beyninin dəqiq ölçülmüş yaddaş tutumu deyil, sinir hüceyrələri arasındakı əlaqələrin imkanlarına əsaslanan təxmini qiymətləndirmədir.
Aytac Əliyeva
Telegram kanalımız