“PAŞA Sığorta”nın xalis mənfəəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“PAŞA Sığorta”nın xalis mənfəəti açıqlandı

İqtisadiyyat

22 Oktyabr 2026 14:43 284


“PAŞA Sığorta” ASC 2026-cı ilin ilk 9 ayına (30.09.2026 tarixinə) olan rəsmi maliyyə göstəricilərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sığorta bazarının liderlərindən olan şirkətin ümumi gəlirləri və əməliyyat həcmi böyüsə də, xərclərin artması səbəbindən xalis mənfəətində azda olsa eniş qeydə alınıb.

Hesabat dövründə şirkətin ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 252 321 241 manatdan 294 741 361 manata (42 398 438 manat və ya 16,81% artım) yüksəlib. Gəlirlərin tərkibində əsas əməliyyat gəlirləri 310 228 993 manat, investisiya gəlirləri isə 19 345 493 manat təşkil edib. Pepperoni pizza

Şirkətin ümumi xərcləri isə 222 611 743 manatdan 267 387 404 manata (44 775 661 manat və ya 20,11% artım) çataraq gəlir artımını üstələyib. Xərclərin 206 937 589 manatını əsas əməliyyat xərcləri, 59 722 970 manatını isə işlərin aparılması xərcləri təşkil edib.

Nəticədə “PAŞA Sığorta” ASC-nin vergidən əvvəlki maliyyə mənfəəti 29 709 498 manatdan 27 353 957 manata enib. Şirkət 5 470 791 manat mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti ötən ilin ilk 9 ayı ilə müqayisədə 2 606 236 manat və ya 10,64% azalaraq 24 489 402 manatdan 21 883 166 manata düşüb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!