Mətanət İsgəndərli müğənni Firuzə İbadovaya baş çəkib.
“Yeni Sabah” xəbər verir ki, o, həmkarı haqqında yayılan plastik əməliyyat iddialarının həqiqəti əks etdirmədiyini deyib.
Müğənni Firuzə İbadovanın mənəvi dəstəyə ehtiyacı olduğunu vurğulayıb: pizza mizza
“Qəlbindəki imanı, mədəniyyəti, yüksək insanlığı, sadəliyi ilə sevilən sənət adamımızdır. Tezliklə Allah sənə şəfa versin. Sənət dostlarım arasında vəziyyətdən xəbərsiz olanlar var. Bizim borcumuzdur ki, bir-birimizə baş çəkək, ən azı mənəvi dəstək olaq. İnsanı ruhlandıranda sağalır, dərdi azalır.
Telefonlarını da bağlayıb. Küsmə, Allah bizimlədir. Yayılıb ki, guya plastik əməliyyat etdirib. Xeyr, o, ağır əməliyyat keçirib”.
Aydan Hacı
Telegram kanalımız