Azərbaycanda aktivləri ən gəlirli olan banklar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda aktivləri ən gəlirli olan banklar

İqtisadiyyat

22 Oktyabr 2026 14:47 108


Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin III rübü üzrə Aktivlərin Gəlirliliyi (ROA) renkinqi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankların aktivlərin gəlirliliyi (Xalis mənfəət / Aktivlərin həcmi) göstəriciləri aşağıdakı kimi formalaşıb.

Siyahıya 2,75% ROA göstəricisi ilə Bank Melli İran Bakı filialı liderlik edir. İkinci pillədə 2,40% göstərici ilə AccessBank, üçüncü pillədə isə 2,19% ilə ABB (Azərbaycan Beynəlxalq Bankı) qərarlaşıb. pizza

Liderlər dördlüyünü 2,13% göstərici ilə Kapital Bank tamamlayır. Yüksək ROA göstəricisi ilə diqqət çəkən digər banklar sırasına Bank VTB (Azərbaycan) (2,09%), Premium Bank (1,91%), Bank Respublika (1,89%), Bank of Baku (1,73%) və Bank Avrasiya (1,67%) daxildir.

Renkinqdə Expressbank 1,37%, PAŞA Bank 1,34%, Ziraat Bank Azərbaycan 1,30%, Unibank 1,12% və Yelo Bank 1,11% nəticə nümayiş etdirib.

Aktivlərin gəlirlilik əmsalı 1%-dən aşağı olan banklar isə Rabitabank (0,95%), Yapı Kredi Bank Azərbaycan (0,92%), Xalq Bank (0,85%), Azər Türk Bank (0,69%), eyni göstəriciyə malik ASB Bank (0,63%) və AFB Bank (0,63%), eləcə də siyahını 0,24% göstərici ilə tamamlayan TuranBank olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!