Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunma səbəbi sahibkarların çoxsaylı şikayətləridir.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, bir müddətdir Xankəndidə aparılan yoxlamaların nəticəsi ürəkaçan olmayıb.
Bu, Elçin Yusubovun sözügedən vəzifədən uzaqlaşdırılması ilə nəticələnib. O, Xankəndində öz çevrəsinə yaxın olan adamlara geniş imkanlar yaradıb. Bu məsələdə ən çox adı hallanan isə E.Yusubovun köməkçisi kimi fəaliyyət göstərən Etibar Əliyevdir. Sabiq nümayəndə Etibar Əliyevi Xankəndinə keçmiş iş yeri olan Əmlak Məsələləri Dövlət Xidmətindən aparmışdı. pizza sifarişi
Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilmişdi.
Xatırladaq ki, daha öncə Bakının Nəsimi rayonunun icra başçısı Elxan İbrahimov da sahibkarların şikayətindən sonra işdən çıxarılmışdı. Adıçəkilən sabiq məmur həmin vəzifədə cəmi 1 ay duruş gətirə bilmişdi.
Telegram kanalımız