Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi

Mədəniyyət

28 Avqust 2025 10:01 3720


Gənc xanəndə Kənan Novruzovun başladığı qalmaqal böyüməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu dəfə IX “Muğam” Televiziya Müsabiqəsinin digər iştirakçısı Aycan Şükürova haqsızlıqlardan şikayətlənib.

O, I vitse-prezident Mehriban Əliyevaya müraciətlə video yayımlayıb: Pepperoni pizza

"Mən Şükürlü Aycan, IX Muğam Televiziya Müsabiqəsinin finalçısıyam. Hörmətli Mehriban xanım, sizə müraciət etməyə məcburam. 3 ay boyunca müsabiqədə iştirak etmişəm. Münsiflərin özləri tərəfindən heç bir irad və aşağı bal almamışam. Buna baxmayaraq, mənə qarşı böyük bir haqsızlıq oldu.

Avqustun 25-də Laçın şəhərində keçirilən finalda diplomatlar sırasında oldum. Sizdən xahiş edirəm ki, bu işə yenidən baxılsın. Mənə qarşı haqsızlıq olundu. Finala qədər gəlsəm də, qalib ola bilmədim". 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!