Avro-2028: Azərbaycan millisi püşkatmada 5-ci səbətə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Avro-2028: Azərbaycan millisi püşkatmada 5-ci səbətə düşdü

İdman

18 Noyabr 2026 08:27 113


2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, bu, UEFA Millətlər Liqasında cari mövsümün qrup mərhələsi başa çatandan sonra bəlli olub.

Azərbaycan millisi reytinqi ən aşağı olan komandaların yer aldığı 5-ci səbətdə olacaq. Yığmamızla birlikdə bu səbətdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də qərarlaşıb. Elektronika məhsulları

Ümumən püşkatmada iştirak edəcək 54 milli komanda 5 səbətə bölünüb. İlk 4 səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda yer alıb.

“Football Meets Data”nın məlumatına görə, Avro-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avro-2028-in seçmə mərhələsinin səbətləri


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!