Siqaretin qiyməti ilə bağlı pis xəbər: QALXACAQ

saytların hazırlanması

Evə çatdırılma

Siqaretin qiyməti ilə bağlı pis xəbər: QALXACAQ

Sosial

17 Noyabr 2026 10:53 279


Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

“Yeni Sabah” Oxu.Az-a istinadla bildirir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu ilin sonunadək dəyişdirilir. ShopByBro

Belə ki, ölkəyə idxal olunan nərə balığı kürüsü üçün gömrük rüsumu 15 faiz, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib. Hazırda bu məhsul üzrə rüsum idxal dəyərinin 15 faizini təşkil edir.

Siqar, siqaret və siqarillalar üçün idxal gömrük rüsumu 15 faiz, lakin hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda bu göstərici hər 1 000 ədəd üçün 0.5 ABŞ dollarıdır.

Araşdırmamıza görə, idxal statistikasına əsaslanan hesablamaya görə, yeni rüsumun siqaretin bir qutusuna ƏDV daxil orta təsiri təxminən 15-20 qəpik təşkil edə bilər.

Qərar 2027-ci il fevralın 11-dən qüvvəyə minəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!