Qış tərəvəzləri: Hansı daha faydalıdır?

saytların hazırlanması

Evə çatdırılma

Qış tərəvəzləri: Hansı daha faydalıdır?

Sosial

17 Noyabr 2026 19:52 45


Noyabr ayının başa çatmasına sayılı günlər qalıb. Qarşıdan soyuq qış ayları gəlir. Temperaturun aşağı düşdüyü bu dövrdə düzgün qidalanmaq, vitamin və minerallarla zəngin məhsullardan istifadə etmək daha da vacibdir. Xüsusilə qış mövsümündə yetişən tərəvəzlər həm sağlamlıq, həm də gündəlik qidalanma baxımından faydalı seçim hesab olunur.

Bəs qışda hansı tərəvəzləri yemək daha faydalıdır və onların orqanizmə təsiri nədən ibarətdir?

“Yeni Sabah” xəbər verir ki, qış mövsümündə kələm, ispanaq, Brüssel kələmi, kök, çuğundur və digər tərəvəzlərdən istifadə etmək tövsiyə olunur. İnternet mağaza

Kələm qış süfrələrinin ən faydalı məhsullarından biridir. Liflə zəngin olması bağırsaqların fəaliyyətini dəstəkləyir. Tərkibində A və C vitaminləri, maqnezium, kalium və antioksidantlar var. Soyuq havalarda kələmin dadı da daha yaxşı olur.

İspanaq C və E vitaminləri ilə zəngin tərəvəzdir. Bu vitaminlər hüceyrələri oksidləşdirici zədələnmədən qorumağa kömək edir. Bundan başqa, ispanağın tərkibində dəmir, kalsium və fol turşusu da var.

Brüssel kələmi qış aylarında rasiona əlavə edilə biləcək digər faydalı tərəvəzdir. Liflə zəngin olması həzm sisteminin normal fəaliyyətinə kömək edir. Eyni zamanda, K vitamini ilə zəngindir. Bu vitamin sümüklərin sağlamlığı və qanın laxtalanması üçün vacibdir.

Kök xüsusilə A vitamini ilə zənginliyi ilə seçilir. Bu vitamin görmə qabiliyyətinin, dərinin və immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır. Bir fincan çiy kök gündəlik A vitamini ehtiyacının böyük hissəsini qarşılayır.

Çuğundur qan dövranına müsbət təsiri ilə tanınır. Tərkibindəki təbii nitratlar damarların genişlənməsinə və qan təzyiqinin tənzimlənməsinə kömək edə bilər. Bundan əlavə, antioksidant xüsusiyyətli maddələrlə zəngindir.

Kartof da qış aylarında ən çox istifadə olunan tərəvəzlərdəndir. Tərkibində lif, C vitamini, B qrupu vitaminləri və kalium var. Xüsusilə qabığı ilə bişirildikdə lif baxımından daha faydalı olur. Lakin qızardılmış formada deyil, qaynadılmış və ya sobada hazırlanmış şəkildə istehlakına üstünlük vermək məsləhətdir.

Kəvər K vitamini, manqan və flavonoidlər mənbəyidir. Tərkibindəki bitki mənşəli antioksidantlar hüceyrələrin qorunmasına kömək edir. Onu şorbalarda, salatlarda və müxtəlif yeməklərdə istifadə etmək mümkündür.

Gül kələm isə az kalorili, lakin faydalı maddələrlə zəngin tərəvəzdir. Tərkibində C və K vitaminləri, həmçinin fol turşusu var. Aşağı kalorili olması onu sağlam qidalanmağa çalışanlar üçün də yaxşı seçimə çevirir.

Mütəxəssislər qış aylarında qidalanmada tərəvəz müxtəlifliyinə üstünlük verməyi tövsiyə edirlər. Bu məhsulları gündəlik rasiona daxil etməklə orqanizmin vitamin, mineral və lif ehtiyacının qarşılanmasına dəstək olmaq mümkündür.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!