DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq - RƏSMİ

Sosial

17 Noyabr 2026 20:55 81


Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrut üzrə avtobuslar yenilənir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 müasir və komfortlu avtobus sərnişinlərin xidmətində olacaq. CNG texnologiyası ilə təchiz edilən ekoloji cəhətdən təmiz avtobuslar 9-10 dəqiqəlik intervalla hərəkət edəcək. İnternetdən sifariş

Avtobuslarda gedişhaqqı nağdsız qaydada ödəniləcək. Gedişhaqqı 0.70 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl də Bakıda bir sıra marşrutların avtobusları yenilənib. Noyabrın 6-dan 203 nömrəli, noyabrın 13-dən isə 173A və 173B nömrəli marşrutlar üzrə yeni avtobuslar sərnişinlərin xidmətinə verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!