Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Darquba kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. İnternetdən sifariş
O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona boyun nahiyəsinin açıq yarası diaqnozu qoyub və zəruri ilkin tibbi yardım göstəriblər.
İlkin məlumata görə, yeniyetmə evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğrayırmış. Bu zaman ehtiyatsızlıqdan əlindəki bıçaqla boğaz nahiyəsindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız