Rusiyada təyyarə havada alovlanıb   yerə çırpıldı: 20-yə yaxın ölən var

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada təyyarə havada alovlanıb yerə çırpıldı: 20-yə yaxın ölən var

Dünya

17 Noyabr 2026 19:44 47


Rusiyanın Kemerovo vilayətində "An-12" tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin ekipaj üzvləri həlak olublar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Şahidlərdən birinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb. Daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb. Aviaqəza Yaqonovo kəndi yaxınlığında baş verib. İnternet mağaza

"An-12" təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfərin həyatını itirdiyi bildirilir. Qeyd olunur ki, ekipaj üzvləri son ana qədər yanan təyyarəni yaşayış evlərindən uzaqlaşdırmağa çalışıblar.

Qəzanın başvermə şəraiti araşdırılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!