ABŞ kəşfiyyatının məxfi rabitə şəbəkəsi sıradan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ kəşfiyyatının məxfi rabitə şəbəkəsi sıradan çıxdı

Dünya

17 Noyabr 2026 21:15 35


ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların mübadiləsi üçün nəzərdə tutulmuş daxili rabitə şəbəkəsində nasazlıq yaranıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan altı mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, problem ABŞ xüsusi xidmət orqanının əməkdaşlarının məhdud girişli məlumatları daxili qaydada ötürmək üçün istifadə etdikləri NSA Net şəbəkəsinə təsir edib. Texniki nasazlıq səbəbindən agentliyin rəhbərliyi əməkdaşların işə mərhələli şəkildə cəlb olunmasını təşkil edib. Elektronika məhsulları

CNN-in mənbələri hazırda kiberhücum əlamətlərinin aşkar edilmədiyini vurğulayıblar. Telekanal məsələ ilə bağlı rəsmi açıqlama ala bilməyib. Məxfi məlumatların mümkün sızması və ya digər dövlət qurumları üçün yarana biləcək nəticələr barədə hələlik məlumat yoxdur.

Hadisə ABŞ infrastrukturunda bir sıra texniki nasazlıqların qeydə alındığı dövrə təsadüf edib. Daha əvvəl Federal Təhqiqatlar Bürosunun (FTB) noyabrın 13-də ABŞ ərazisində uçuşların dayandırılmasına səbəb olan genişmiqyaslı nasazlığı araşdırmaq üçün şəbəkə avadanlıqlarını müsadirə etdiyi bildirilmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!