UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlar keçirilib.
"Yeni Sabah" xəbər verir ki, maraqla gözlənilən qarşlaşmalardan biri A Liqasının IV qrupunda Danimarka və Norveç milliləri arasında baş tutub.
Kopenhagendəki "Parken" stadionunda keçirilən qarşılaşma Norveç yığmasının 2:3 hesablı qələbəsi ilə başa çatıb. Məişət texnikası
Meydan sahibləri 2:0 öndə olsalar da, qonaqlar inanılmaz geridönüş edərək qələbə qazana biliblər. Norveç millisinin qələbə qolunu oyunun son saniyələrində qazanılan penaltini dəqiq yerinə yetirən Erlinq Holand vurub.
Qrup mərhələsinin yekunlarına əsasən, Danimarka 9 xalla üçüncü yeri tutub və A Liqasındakı yerini qorumaq üçün pley-off oyunlarında iştirak edəcək. Eyni xala malik Norveç isə ikinci pillədən turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
A Liqası, IV qrup
Uels - Portuqaliya - 2:3.
B Liqası, II qrup
Macarıstan - Şimali İrlandiya - 1:1;
Ukrayna - Gürcüstan - 1:0.
III qrup
İrlandiya - Kosovo - 3:0;
İsrail - Avstriya - 1:1.
IV qrup
Bosniya və Herseqovina - Rumıniya - 2:1;
Polşa - İsveç - 1:1.
Telegram kanalımız