İraq hakimiyyəti heç bir rəsmi xəbərdarlıq və ya açıqlama vermədən İranla bütün quru sərhəd keçid məntəqələrini bağlayıb. Sərhəd zonalarında fəaliyyət göstərən gömrük və keçid məntəqələrində hərəkətliliyin tam dayandırıldığı, nəqliyyat vasitələrinin və mülki şəxslərin giriş-çıxışına qadağa qoyulduğu bildirilir.
“Yeni Sabah” rəsmi Bağdadın bu gözlənilməz addımının səbəbləri barədə hələlik heç bir izahat verilməyib. Lakin hərbi və təhlükəsizlik ekspertləri qərarın regional təhlükəsizlik riskləri, mümkün kəşfiyyat məlumatları və ya daxili sabitliyin qorunması tədbirləri ilə bağlı ola biləcəyini ehtimal edirlər.
İran tərəfi də sərhədlərin birdən-birə qapadılması ilə bağlı vəziyyəti izlədiyini və rəsmi açıqlama gözlədiyini bildirib. İki ölkə arasındakı quru sərhədində gərginliyin artması Yaxın Şərqdəki mövcud siyasi və hərbi dinamika fonunda diqqətlə izlənilir. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız