Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu   - YENİLƏNİB + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu - YENİLƏNİB + FOTOLAR

Siyasət

23 Avqust 2026 15:28 664


Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşıladı. pizza hut

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

***

Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!