“David Seliverstov” haqda qalmaqal böyüyür -  İSRAİLDƏN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“David Seliverstov” haqda qalmaqal böyüyür -  İSRAİLDƏN VİDEO

Hadisə

07 Avqust 2026 15:58 598


Son günlər haqqında sensasiyalı ifşa materialları yayımlanan, özünü “David Seliverstov” adı ilə təqdim edən Kazım Elşənoğlu Abbasov bu dəfə İsraildən görüntü paylaşdığını iddia edib.

“Yeni Sabah” Musavat.com-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda o, Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanında olduğunu bildirir. Kazım Abbasov iddia edir ki, İsrailə işgüzar səfərə gəlib, burada bir sıra görüşlər keçirəcək və məqsədi Azərbaycana investisiya cəlb etməkdir.

Lakin sayt yazır ki, əldə olunan məlumatlar hadisələrin fərqli inkişaf etdiyini göstərir. Bildirilir ki, onun fəaliyyəti barədə ifşaedici material dərc edildikdən dərhal sonra Kazım Abbasov gecə saatlarında Azərbaycanı tərk edib. pizza

Məlumata əsasən, o əvvəlcə Gürcüstanın paytaxtı Tiflisə yollanıb. Bildirilir ki, ona yaxın olan, şəxsi münasibətdə olduğu bəzi şəxslər də həmin günlərdə Tiflisə gediblər. Bu səbəbdən onun ölkədən çıxışı ilə bağlı müxtəlif ehtimallar irəli sürülür.

Kazım Abbasovun paylaşdığı videoda onun hava limanında olduğu görünür. O, bunun Ben Qurion Beynəlxalq Hava Limanı olduğunu bildirir. Musavat.com videonu vizual baxımdan təhlil edib.

Kadrlarda müasir aeroport terminalına bənzər interyer, böyük şüşə fasadlar və sərnişin zonası görünür. Lakin görüntülərdə Ben Qurion hava limanına məxsus olduğu birmənalı şəkildə müəyyən edilə bilən terminal nömrəsi, ivrit dilində istiqamət lövhələri, Israel Airports Authority loqoları və ya digər fərqləndirici elementlər görünmür.

Bu səbəbdən videonun məhz Ben Qurion hava limanında çəkildiyini müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Müşahidəçilərin fikrincə, yayımlanan video ictimaiyyətdə yaranmış “ölkədən qaçıb” iddialarına cavab xarakteri daşıya bilər.

Videoda Kazım Abbasov Azərbaycana investisiya gətirmək məqsədilə İsraildə olduğunu desə də, bu görüşlər, onların iştirakçıları və nəticələri barədə hər hansı konkret məlumat təqdim etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!