Lənkəranda bir ailənin üzvləri evdə hazırlanan plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss ediblər.
“Yeni Sabah” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) rayonda qeydə alınan zəhərlənmə faktını nəzarətə götürüb və hadisə ilə bağlı araşdırmalara başlayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Osaküçə kəndində baş verib. Kənd sakini olan ailə üzvləri evdə hazırladıqları plov və konservləşdirilmiş pomidoru qəbul etdikdən sonra səhhətlərində narahatlıq yaranıb. Onlayn mağaza
Hazırda AQTA əməkdaşları tərəfindən müvafiq araşdırma və tədbirlər davam etdirilir.
Agentlik vətəndaşlara məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
Aytac Əliyeva
Telegram kanalımız