Deputat: “Kasıblar taksidən məhrum ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Kasıblar taksidən məhrum ola bilər”

Sosial

12 İyun 2023 17:05 843


“Taksilərlə bağlı qaydalarda müəyyən dəyişikliklər nəzərdə tutulub. Hüquqi cəhətdən burada səhv tapmaq olmaz. Çünki deyilir ki, maşınlara taksometrlər qoyulsun, daşıma, xidmət xərclərini müəyyən etsin. Yəni qeydiyyata alınsın ki, dəqiqlik olsun. Amma "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi, məbləğlərin artırılması bir qədər məndə narahatlıq yaradır".

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

O əlavə edib: "Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir. Ola bilər ki, hamının taksi xidməti operatorluğuna, yaxud taksi xidmətinə  imkanı olmasın. Nəticədə müəyyən qədər inhisarçılıq ortaya gələ, kasıb kütlə taksi xidmətlərindən kənar qala bilər”. pizza hut

“Doğrudur, indiki vəziyyətdə bütün hər şeydə qanuna dürüst riayət olunmasa da, kasıb insanlar taksi xidmətindən istifadə edəndə məmun qalırdılar. Çünki xidmət haqqı aşağı idi. Həm də taksi sürücüləri az-çox dolanışıq əldə edirdilər. Bu məsələlər necə tənzimlənəcək, mənim üçün bir qədər qaranlıq və narahatedicidir”, - deyə deputat vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!