Deputat: Taksiyə görə metroya minən azalıb

saytların hazırlanması

Evə çatdırılma

Deputat: Taksiyə görə metroya minən azalıb

Sosial

12 İyun 2023 13:25 513


Bakı şəhərində tələb olunandan 4-5 dəfə çox taksi var. Bu, ekologiyaya zərərdir, tıxac deməkdir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, metrodan istifadə edənlərin sayı azalıb: “Buna səbəb də tasksilərdir. Bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya görə metrodan istifadə azalıb. Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir. Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda UBER onlarda qadağan olunub. Bu, bir reallıqdır”. Dördpendirli pizza

Tahir Mirkişili bildirib ki, bütün ölkələrdə şəhərin ölçüsünə görə beynəlxalq taksi şirkətlərinə və avtomobillərin sayına məhdudiyyət tətbiq edilir: "Yeni hazırlanan qanunda da bu məhdudiyyət nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!