Müəllimlər günü ilə bağlı XƏBƏRDARLIQ: Hədiyyə yığılması...

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlər günü ilə bağlı XƏBƏRDARLIQ: Hədiyyə yığılması...

Sosial

03 Oktyabr 2026 07:59 558


Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü əlaqədar olaraq təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq məzmunlu rəsmi tapşırıq ünvanlayıb.

“Yeni Sabah” Yurd.Media-ya istinadən xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırov tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə göndərilən sənəddə bildirilir ki, məktəblərdə təhsilverənlərlə təhsilalanlar və onların valideynləri arasında münasibətlərdə "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə qətiyyətlə əməl olunmalıdır.  

Xəbərdarlıqda xüsusi olaraq vurğulanır ki, təhsilverənlər tərəfindən valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyələrin (maddi və qeyri-maddi nemətlər, qiymətli əşyalar, pul və s.) istənilməsi, qəbul edilməsi, habelə bu məqsədlə hər hansı təşəbbüsün təşkili tamamilə qadağandır və bunun qarşısı dərhal alınmalıdır.   Dördpendirli pizza

Məktəb rəhbərlərinə tapşırılıb ki, qeyd olunan tələblərlə bağlı müəllimlər, şagirdlər və valideynlər arasında maarifləndirmə işləri aparılsın, qaydalara riayət olunmasına ciddi nəzarət edilsin və hər hansı pozuuntu və yaneqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görülsün.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!