“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

saytların hazırlanması

Evə çatdırılma

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

Sosial

08 May 2026 09:12 127


“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib.

"Yeni Sabah" xəbər verir ki, layihə “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

“Bakı–Xırdalan–Sumqayıt” xətti üzərində inşa edilən “Dərnəgül” dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dominos pizza

Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.

“Bakı–Dərnəgül”, “Dərnəgül–Biləcəri” və “Dərnəgül–Xırdalan” istiqamətləri üzrə gedişhaqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!