DİM: Magistraturaya qəbul faizi azalıb

saytların hazırlanması

Evə çatdırılma

DİM: Magistraturaya qəbul faizi azalıb

Sosial

31 İyul 2026 17:15 80


Ümumi müsabiqə nəticəsində magistraturaya 13845 nəfər qəbul olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.  pizza

2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub.

Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi".

Bu il ixtisaslaşma seçimində iştirak edənlərin sayı ötən illə müqayisədə 166 nəfər artaraq 15 721-ə çatıb. Qəbul olunanların sayı 399 nəfər artaraq 13 845 olub. Ödənişsiz əsaslarla (DS+DH) qəbul olunanların sayı 834 nəfər artaraq 6 632-yə yüksəlib. Qəbul planı isə 810 yer artaraq 17 658 təşkil edib. Bununla yanaşı, qəbulolma faizi 2025-ci ildəki 79,81%-dən 2026-cı ildə 78,41%-ə enərək 1,4 faiz azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!