DİN hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

DİN hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi - Video

Sosial

22 Oktyabr 2022 18:02 1039


Hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün polis xidmətdədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib. Sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş olunur. Toyuqlu pizza

Sürücülərdən hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün yollarda polis əməkdaşlarının tələb və tövsiyələrinə əməl etmələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!