Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.
Oxu.Az bildirir ki, Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. pizza sifarişi
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdləridir. R.H. orta məktəbin 10-cu, T.Ə. isə 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız