İnnovasiya və Təchizat Mərkəzi tibbi oksigen qazının alınmasına 2,6 milyon manatdan çox xərcləyəcək.
"Yeni Sabah" xəbər verir ki, işlərin görülməsi üçün "Tibb Texnikasının Təmiri Zavodu" ASC ilə müqavilə imzalanıb. Satınalma müqaviləsinin dəyəri 2 603 969,25 AZN təşkil edir.
Qeyd edək ki, Bakının Sabunçu rayonunda yerləşən “Tibb Texnikasının Təmiri Zavodu” ASC daha əvvəl özəlləşdirilib və səhmlərinin 99,73%-i investisiya müsabiqəsi vasitəsilə Ədalət Vəliyev tərəfindən alınıb. Müqavilə şərtlərinə əsasən, investor büdcəyə 1 milyon manat ödəyərək müəssisəyə 2,566 milyon manat investisiya yatırmağı, xüsusilə oksigen istehsalını genişləndirməyi, sexləri təmir etməyi və 20-dən çox yeni iş yeri yaratmağı öhdəsinə götürüb. Marqarita pizza
Telegram kanalımız