Dövlət qurumu şam ağaclarını kəsdiyinə görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumu şam ağaclarını kəsdiyinə görə cərimələndi

Sosial

22 Oktyabr 2022 11:41 795


Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi şam ağaclarını kəsdiyinə görə cərimələnib. 

Bu barədə "Yeni Sabah"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 78 və 90-92 nömrəli yaşayış binasının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırıldığını bildirib: "Əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub. Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!