Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində proaktiv təyinat mexanizmi uğurla davam etdirilir.
“Yeni Sabah” Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumatlara əsasən xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində bu sistem vasitəsilə ümumilikdə 123 131 nəfər şəxsə sosial müavinət və təqaüd təyinatı həyata keçirilib.
Proaktiv (vətəndaş müraciəti tələb olunmadan, elektron qaydada avtomatik) təyin olunan bu ödənişlərin alıcılarının gender bölgüsünə nəzər saldıqda görünür ki, təyinat alanların 53,7%-ni kişilər, 46,3%-ni isə qadınlar təşkil edib. İnternetdən sifariş
Bu cür avtomatlaşdırılmış mexanizmlər vətəndaşların qurumlara getmədən, vaxt itirmədən və əlavə sənədlər təqdim etmədən sosial hüquqlarından operativ şəkildə yararlanmasına geniş imkan yaradır.
Cəlalə Cəlalqızı
Telegram kanalımız