Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşə konfransın hazırlıqlarına göstərdiyi dəstəyə, Avstraliyanın Baş naziri Entoni Albanizə isə COP31 üçün hazırlanmış yeni tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib. Elektronika məhsulları
O, həmçinin, əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Braziliyaya və Azərbaycana təşəkkür edib: “Əvvəlki COP sədrliklərinin təcrübələrini bizimlə bölüşən Braziliyaya və can Azərbaycanımıza da ayrıca təşəkkürümü bildirirəm”.
Telegram kanalımız