Uşağa bunu etsəniz 200 manat cərimə olunacaqsınız

saytların hazırlanması

Evə çatdırılma

Uşağa bunu etsəniz 200 manat cərimə olunacaqsınız

Sosial

11 Noyabr 2026 13:43 178


Uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə fiziki və psixoloji zorakılığa yol verən valideynlər və digər məsul şəxslər 200 manat cərimələnə bilər.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, uşağa qarşı cismani cəzanın tətbiqinə görə valideynlər, onları əvəz edən şəxslər, eləcə də uşaqlara nəzarət etmək vəzifəsi daşıyan müəssisələrin işçiləri inzibati məsuliyyətə cəlb edilə bilərlər. Onlayn mağaza

Bu qayda təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrinin, həmçinin penitensiar müəssisələrin əməkdaşlarına da aiddir.

İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, uşağı tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi ona fiziki və ya psixoloji zorakılıq göstərilməsinə görə 200 manat cərimə nəzərdə tutulur.

Əgər törədilən əməl cinayət məsuliyyətinə səbəb olarsa, bu inzibati cəza tətbiq edilmir və məsələyə cinayət qanunvericiliyinə uyğun baxılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!