Sneyder Ronaldonu müdafiə etdi

saytların hazırlanması

Evə çatdırılma

Sneyder Ronaldonu müdafiə etdi

İdman

11 Noyabr 2026 15:35 37


Niderland futbolunun əfsanəvi adlarından biri Uesli Sneyder Portuqaliya milli komandasında baş verənlərə və baş məşqçi Jorje Xezusun hərəkətlərinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, Kriştiano Ronaldoya qarşı sərgilənən münasibəti qəbuledilməz hesab edib. Sneyder açıqlamasında baş məşqçinin situasiyanı daha peşəkar idarə edə biləcəyini vurğulayıb:

"Portuqaliya Cristiano Ronaldoya qarşı hörmətsizlik edib! Jorje Xesus belə bir vəziyyətin yaşanmasına heç vaxt imkan verməməli idi! Baş məşqçi oyunlardan əvvəl onunla söhbət etməli və açıq şəkildə deməli idi: 'Gəl bir qəhvə içək. Artıq səni meydana buraxmayacağam. Bu barədə nə düşünürsən?' Heç olmasa, dürüst ol! Ona qarşı səmimi və hörmətli davran!" ShopByBro

Təcrübəli sabiq futbolçu qeyd edib ki, əgər məsələ qapalı şəkildə və qarşılıqlı dialoq əsasında həll olunsaydı, qərar vermək imkanı birbaşa Ronaldonun özündə olardı və bu cür xoşagəlməz gərginlik yaşanmazdı.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!