Fransanın "Lens" klubunun şərəfini qoruyan 18 yaşlı istedadlı mərkəz müdafiəçisi Kilian Antonio Avropanın aparıcı klublarının transfer siyahısına daxil olub.
“Yeni Sabah” xəbər verir ki, göstərdiyi inamlı oyunla diqqət çəkən gənc futbolçu ilə İngiltərənin "Çelsi", "Aston Villa" və Fransa nəhəngi PSJ yaxından maraqlanır.
Son mövsümlərdə əsas komandada özünə yer tapan və Çempionlar Liqası daxil olmaqla mühüm matçlarda forma geyinən 18 yaşlı oyunçunun bazar dəyəri yüksəlsə də, "Lens" rəhbərliyi onu asanlıqla buraxmaq niyyətində deyil. Klub futbolçu üçün təxminən 30 milyon avro məbləğində transfer haqqı tələb edir. Yanvar transfer pəncərəsində bu üç klubun gənc istedad üçün rəsmi təkliflərlə çıxış edəcəyi gözlənilir. Onlayn mağaza
Nazim Hacıyev
Telegram kanalımız