Fatih Altaylıdan Haluk Bilginərə cavab: “Problem sırf “türk” sözündədir?”

saytların hazırlanması

Evə çatdırılma

Fatih Altaylıdan Haluk Bilginərə cavab: “Problem sırf “türk” sözündədir?”

Mədəniyyət

11 Noyabr 2026 14:24 45


Haluk Bilginərin "Türk kinosu" əvəzinə "Türkiyə kinosu" ifadəsini işlətməsi sosial şəbəkələrdə böyük rezonans doğurub.

“Yeni Sabah” xəbər verir ki, aktyorun ölkədə müxtəlif etnik qrupların yaşadığını əsas gətirərək bu ifadəyə üstünlük verməsi birnalı qarşılamayanardan biri də tanınmış aparıcı Fatih Altaylıdır.

O, Fransa və İran kinematoqrafiyasını nümunə göstərərək Bilginərə sərt suallar ünvanlayıb: ShopByBro

"Fransa da təkcə bir millətdən ibarət deyil. Qallardan, franklardan, bretonlardan və basklardan ibarət bir cəmiyyətdir. Haluk Bilginər “Fransız kinosu” ifadəsini doğru sayır, yoxsa ona da "Fransa kinosu" deməyimizi təklif edir? Yaxud qonşumuz İranda farslar və türklərlə yanaşı başqa xalqlar da yaşayır, ona da “İran kinosu” əvəzinə başqa ad verəcəyik? Yoxsa problem sırf “Türk”' sözündədir? Narahatlıq yaradan yalnız budur?"

Sosial şəbəkə istifadəçiləri də Bilginerin başqa ölkələr üçün "İngilis", "Fransız" və "Rus kinosu" təriflərini rahatlıqla işlətdiyi halda, Türkiyəyə gəldikdə bu cür yanaşma sərgiləməsini ziddiyyətli addım kimi qiymətləndiriblər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!