Müqavilə üzrə ABŞ-nin "Kolumbus Kryu" klubuna məxsus olan azərbaycanlı hücumçu Nəriman Axundzadənin karyerası ciddi böhran keçirir.
“Yeni Sabah” xəbər verir ki, icarə əsasında Türkiyənin "Ərzurumspor" klubunda çıxış edən 22 yaşlı forvard əsas heyətdə özünə yer tapa bilmir.
Nə "Kolumbus Kryu", nə də "Ərzurumspor" futbolçunun xidmətində maraqlıdır. Hər iki klubun planlarından kənarda qalan Axundzadə hazırda çarəsiz qalıb. Müqavilə sahibi olan MLS klubu onu geri qaytarmaq istəmədiyi halda, "Ərzurumspor" da oyunçunun çıxışından məmnun deyil və ona forma şansı vermir. İnternet mağaza
Gənc hücumçunun yanvar transfer pəncərəsində karyerasını harada davam etdirəcəyi böyük sual altında qalır.
Nazim Hacıyev
Telegram kanalımız