Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Türkiyənin iki klubuna transfer qadağası tətbiq edib.
"Yeni Sabah" xəbər verir ki, bu, qurumun rəsmi saytında yayımlanan transfer qadağaları siyahısında əksini tapır.
Türkiyə Super Liqasında çıxış edən "Gənclərbirliyi" üç transfer pəncərəsi ərzində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək. Online shopping Azərbaycan
Türkiyə I Liqasının təmsilçisi "Pendikspor"a tətbiq edilən qadağanın isə müddəti göstərilməyib. Klubun transfer qadağası müvafiq məhdudiyyət aradan qaldırılanadək qüvvədə qalacaq./Oxu.az
Telegram kanalımız