Dünyanın ən yaxşıları sırasında 9 Azərbaycan universiteti – Biri xüsusilə fərqləndi

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən yaxşıları sırasında 9 Azərbaycan universiteti – Biri xüsusilə fərqləndi

Sosial

19 Noyabr 2026 15:08 78


Azərbaycan universitetlərinin beynəlxalq dayanıqlılıq reytinqində təmsilçiliyi genişlənib. Ölkəmizdən 9 ali təhsil müəssisəsi dünyanın ən yaxşı universitetlərinin yer aldığı siyahıya daxil edilib.

“Yeni Sabah” xəbər verir ki, Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyi “QS Dayanıqlılıq Reytinqi 2027”nin (QS Sustainability Rankings 2027) nəticələrini açıqlayıb. Bu il dünyanın 107 ölkəsindən 2000-dən çox ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 8-dən 9-a yüksəlib.

Siyahıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti və Sumqayıt Dövlət Universiteti təmsil olunub. İnternetdən sifariş

Azərbaycan universitetləri arasında ən yüksək nəticəni UNEC göstərib. Universitet dünya reytinqində 582-ci pillədə qərarlaşıb. Bu, əvvəlki buraxılışla müqayisədə 144 pillə irəliləyiş deməkdir.

Bakı Dövlət Universiteti isə “Ekoloji dayanıqlılıq” (Environmental Sustainability) indikatoru üzrə dünya universitetləri arasında 152-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan ali təhsil müəssisələri reytinqin “İdarəetmə” (Governance), “Ekoloji dayanıqlılıq” (Environmental Sustainability) və “Ekoloji təhsil” (Environmental Education) göstəriciləri üzrə də yüksək nəticələr nümayiş etdiriblər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!