“Real” bu plakata görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Real” bu plakata görə cərimələndi

İdman

19 Noyabr 2026 12:55 64


“Real" klubu La Liqanın prezidenti Xavyer Tebasla bağlı şüara görə 3 min avro cərimə olunub.

"Yeni Sabah" AS-a istinadla xəbər verir ki, oktyabrın 18-də “Sevilya” ilə keçirilən matçda (4:1) “Santyaqo Bernabeu” stadionunda azarkeşlər “Bu futbol deyil, bu, Tebas və Neqreyradır” yazılmış plakar açıblar.

Banner üzərindəki adlar “Barselona”nın rəngləri olan göy-qırmızı rənglərlə vurğulanıb. ShopByBro

Bundan başqa, azarkeşlər La Liqanın prezidentinə qarşı şüarlar səsləndiriblər.

Cərimə bannerin stadiona əvvəlcədən icazə alınmadan gətirilməsi və nümayiş etdirilməsinin qarşısının alınmaması ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!