Köhnə metro vaqonları satışa çıxarılır - İstəyən ev, restoran düzəldə bilər

saytların hazırlanması

Evə çatdırılma

Köhnə metro vaqonları satışa çıxarılır - İstəyən ev, restoran düzəldə bilər

Maraqlı

19 Noyabr 2026 14:05 64


Argentinada uzun illər sərnişin daşıyan 8 köhnə metro vaqonu hərrac yolu ilə satılacaq.

“Yeni Sabah” xəbər verir ki, Buenos-Ayres şəhərinin ictimai nəqliyyat sistemində uzun müddət istifadə olunan "Fiat-FM-Materfer" markalı 8 metro vaqonu istismar müddətini burub.

3A, 3B, 11A, 11B, 15A, 15B, 25A və 25B nömrəli vaqonlardan müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Onları yaşayış evinə, restorana, emalatxanaya, turistlər üçün qalmaq yerinə və ya kolleksiya məkanına çevirmək olar. Vaqonların satışı "Banco Ciudad" bankı tərəfindən təşkil ediləcək. Elektronika məhsulları

1980-ci illərdə istehsal olunan Fiat-FM-Materfer modelinə aid vaqonların hər birinin uzunluğu 17,77 metr, eni 2,60 metr, hündürlüyü isə 2,30 metrdir. Təxminən 32 ton ağırlığında olan vaqonların ilkin sərnişin tutumu 40 oturacaq yeri təşkil edib. Ölçüləri və quruluşu bu nəqliyyat vasitələrindən fərqli layihələrdə istifadə etməyə imkan verir. Xüsusilə yaşayış, iaşə və emalatxana məqsədilə yenidən qurulması nəzərdə tutulur.

8 vaqonun hamısı üçün ilkin qiymət 24 milyon Argentina pesosu (təxminən 26 284 manat)  müəyyən edilib. Hərracda iştirak etmək istəyənlər bu məbləğin 10 faizi, yəni 2 milyon 400 min peso girov ödəməlidirlər.

İştirakçılar əvvəlcə platformada qeydiyyatdan keçməli, satış elanını tapmalı və hərracın şərtləri ilə tanış olmalıdırlar. Girov ödənişi edildikdən sonra onlara elektron poçt vasitəsilə təklif vermək hüququ barədə məlumat göndəriləcək.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!