Dövlətin 3,2 milyard manatı bu yolla xərclənib – Rəqəmlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dövlətin 3,2 milyard manatı bu yolla xərclənib – Rəqəmlər açıqlandı

İqtisadiyyat

19 Noyabr 2026 13:52 71


Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında ümumi dəyəri 3,2 milyard manat olan 6372 elektron satınalma həyata keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların ümumi məbləği 0,1 faiz artıb. Sərfəli qiymətə məhsullar

Qeyd olunan dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 nəfər təşkil edib. Elektron satınalmalarda ən aşağı qiymət təklifinin payı isə əvvəlki dövrlə müqayisədə 3 faiz bəndi artaraq 71,9 faizə yüksəlib.

Agentliyin məlumatına görə, satınalma proseslərində iştirakçı sayının artması təchizatçılar arasında rəqabətin güclənməsinə, daha əlverişli təkliflərin formalaşmasına və dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına şərait yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!