Elcan Rəsulov atasının vəfatı ilə bağlı ağır xatirələrini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, o, atasının qucağında dünyasını dəyişdiyini deyərək göz yaşlarını saxlaya bilməyib:
“Evin böyük uşağı mən idim. Qardaşımın 7 yaşı vardı. Deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. O da balaca idi. Heç nə başa düşmürdü. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Dedim, hə. Universitetdə oxuyurdum, heç yerdə işləmirəm. Amma deyirdim ki, qorxma, daha çox şey istə, hər şeyin ən yaxşısını edəcəm sənə. Elektronika məhsulları
Heç vaxt qorxmamışam. Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb. Bilmirəm bəlkə ondan da tez öləcəm. Heç vaxt ağlamadım, möhkəm olmağa çalışmışam. Nə bacarmışam, hamısını etmişəm. Özümü həmişə toplamışam, hamını güldürməyə çalışmışam. İndi də hamınızdan üzr istəyirəm”.
Aydan Hacı
Telegram kanalımız