Sabah 21 dərəcə isti olacaq -   PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Sabah 21 dərəcə isti olacaq - PROQNOZ

Sosial

19 Noyabr 2026 13:47 57


Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Güclü qərb, şimal-qərb küləyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Sərfəli qiymətə məhsullar

Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% təşkil edəcək. 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq, dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 13-18° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!